Türkiyə hazırda Suriya ilə sərhəd Kilis şəhərinə hərbi qüvvələr yerləşdirir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Suriya ilə sərhədinə yaxın 5-ci Zirehli Briqada Komandirliyindən çıxan 32 tank sərhədə doğru irəliləyir. Bundan başqa, zirehli personal daşıyıcıları və hərbi personalı daşıyan avtobuslar Kilisə doğru irəliləməkdə davam edir.
Qeyd edək ki, vəziyyətin daha da gərginləşdiyi bir vaxtda, tank və digər hərbi vasitələr, Suriya sərhədindəki Elbeyli mahalında təyin olunan nöqtələrə yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB