Ən çox pul qazanan məşhurlar SİYAHI- FOTOLAR

Ən çox pul qazanan məşhurlar SİYAHI- FOTOLAR

"Forbes" jurnalı ilin ən çox gəlir əldə edən məşhurlarının siyahısını tərtib edib.

SİA-nın xarici mətbuata istinadən məlumatına görə, birinci yerdə 300 milyon dollarla boksçu Floyd Meyvezer yer alıb. İkinci yerdə isə bu il "əsrin oyununda" Floyda məğlub olan digər boksçu Manni Pakyao qərarlaşıb.


Üçüncü yerdə müğənni Keti Perridir. O, il ərzində 135 milyon dollar qazanıb.

Onluq siyahını "One direction" musiqi qrupu, radio aparıcısı Hovard Stern, ifaçı Qart Bruks, yazıçı Ceyms Patterson, aktyor kiçik Robert Dauni, müğənni Teylor Svift və futbolçu Kriştiano Ronaldo tamamlayır.

Qəribədir ki, keçən il üst pillələrdə olan müğənni Beyons bu il 26-cı yerdədir. Onun illik gəliri 54 milyon dollar olub, ötən il isə 115 milyon dollar .

Rusiyalı tennisçi Mariya Şarapova isə 29 milyon dollarla 88-ci pillədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə