ABŞ-da həbsxanadan qaçan iki təhlükəli canidən biri öldürülüb

ABŞ-da həbsxanadan qaçan iki təhlükəli canidən biri öldürülüb

Iyunun 27-də hüquq mühafizə orqanlarının əməkdaşları Nyu-York ştatında yerləşən ciddi rejimli həbsxanadan qaçmağa müvəffəq olan 49 yaşlı Riçard Metti güllə ilə vurublar. İnterfax xəbər verir ki, canini onun izinə düşən xüsusi təlim görmüş itlərin köməyi ilə tapmaq mümkün olub. O, Kanada ilə sərhəddən 16 kilometr, saxlanıldığı həbsxanadan isə 80 kilometr aralıdakı Maloun adlı yaşayış məntəqəsində aşkarlanıb. Odlu silahla silahlanmış cani polisin təslim olmaq tələbini rədd edib və avtomobili qaçırmağa çalışıb. Bundan sonra polis əməkdaşları ona atəş açıblar.

Xatırladaq ki, təxminən üç həftə bundan əvvəl 25 yaşlı Mett 35 yaşlı Devid Suetlə birgə həbsxanadan qaçmışdı. Sonuncunun da yaxınlıqda olduğu güman edilir.

Riçard Mett özünün keçmiş rəisini qətlə yetirdiyinə görə 25 il, Suet isə şerifin köməkçisinin qətlində günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi.

Iyunun 6-da onlar xüsusi alətlər vasitəsi ilə həbsxana barmaqlıqlarını kəsmiş, sonra isə kanalizasiya xətlərinin içi ilə sürünərək azadlığa çıxmışdılar. Bu hadisədən sonra onlara qaçmaqda kömək edən həbsxananın iki əməkdaşına ittiham irəli sürülüb.

Riçard Mett və Devid Suet Amerikanın həbsxanadan qaçan ən təhlükəli 15 canisi siyahısına daxil olunub. Onların axtarışına 1100 nəfərdən çox polis və xüsusi xidmət əməkdaşları cəlb edilib. Canilərdən birinin tutulmasına yardım edəcək hər hansı bir informasiyaya görə 50 min dollar məbləğində mükafat vəd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə