Ata maşınla 2 yaşlı qızının üstündən keçdi FOTO

Ata maşınla 2 yaşlı qızının üstündən keçdi FOTO

Maşını arxaya sürərək evinin həyətindən küçəyə çıxaran ata qızının ölümünə səbəb olub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Türkiyədə baş verən bu hadisədə ata Məhəmməd Dəmir maşınını evin həyətindən küçəyə çıxararkən orada oynayan 2 yaşlı qızı Fatmanın maşına yaxınlaşdığını görməyib. Fatmanın atası bilmədən avtomobillə qızının üstündən keçib.

Məhəmməd Dəmir elə həmin maşınla da qızını xəstəxanaya çatdırıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisədən xəbər tutan qızın anasının vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə