Ermənistanın polis rəisi Vladimir Qasparyan mitinqin keçirildiyi yerə gəlib. Rusiya KİV-ləri xəbər verir ki, o polis işçiləri ilə danışıqlar aparır.
Hələlik heç bir bəyanat olmayıb. Mitinq isə davam edir.
Xatırladaq ki, etiraz dalğasını elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar doğurub. İyunun 19-da Yerevanın mərkəzində başlayan fasiləsiz aksiya dünən səhərə yaxın polis tərəfindən dağıdılmışdı. Aksiyanın 237 iştirakçısı tutularaq polis bölməsinə aparılmış, 18 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB