Almaniyada həbs edilən jurnalist azad edilib

Almaniyada həbs edilən jurnalist azad edilib

Almaniyanın paytaxtı Berlində həbs olunan Əl-Cəzirə Televiziyasının xəbər aparıcısı Əhməd Mənsur sərbəst buraxılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlində Moabit həbsxanasında saxlanılan Əl-Cəzirə Televiziyasının aparıcısı bu gün təxliyə edilib. Əhməd Mənsuru qarşılamaq üçün həbsxana qarşısına saatlar öncədən gələrək gözləyən 200 nəfərlik qrup, sevinc nümayiş etdirib. Əllərində "Əhməd Mansur üçün azadlıq, mətbuat üçün azadlıq" və "Jurnalist fəaliyyəti cinayət deyil" yazılı plakatlar daşıyan qrup, Misir Dövlət Başçısı Abdulfəttah əs-Sisi əleyhinə şüarlar səsləndirib. Həbsxana çıxışında jurnalistlərə müsahibə verən Mansur, jurnalistika peşəsini layiqincə davam etdirməyə davam edəcəyini ifadə edib. Həbsxanadan azad olunmasının Sisi üçün məğlubiyyət olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə