Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiyası naziri Natalya German ölkənin Baş naziri səlahiyyətlərini icra edəcək. Moldova hökumətinin mətbuatla əlaqələr bürosu xəbər verir ki, bu barədə Prezident Nikolaye Timofti iyunun 22-də Nazirlər Kabinetinin iclasında bəyan edib.
Moldova dövlətinin başçısı əhalinin yaşayışına birbaşa təsir edən, habelə vətəndaşlar və beynəlxalq tərəfdaşlar qarşısında götürülən öhdəlikləri yerinə yetirən sosial-iqtisadi layihələrin fasiləsiz təmin olunmasının vacibliyini bildirib.
Natalya German ona göstərilən etimada görə Prezidentə təşəkkürünü bildirib.
O, Nazirlər Kabinetinə yeni hökumətin andiçmə mərasiminədək rəhbərlik edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB