Avropada sosial şəbəkələrdə İŞİD-lə bağlı akkauntları müəyyən edərək bağlamaq məqsədi ilə vahid polis bölməsi qurulur. BBC telekanalı xəbər verir ki, bu yaxınlarda ABŞ-da aparılan tədqiqatların nəticəsinə görə, "Twitter" sosial şəbəkəsində qeydiyyatdan keçən azı 46 min akkauntun bu və ya digər şəkildə İŞİD-lə əlaqədar olduğu müəyyənləşib. Onların da bir çoxu qruplaşmaya yeni üzvlər toplamaqla məşğuldur.
Avropol çərçivəsində qurulacaq yeni bölmə sosial şəbəkələrə sahib olan şirkətlərlə sıx əməkdaşlıq etmək və İŞİD-in təsirinə qarşı birgə mübarizə aparmaq niyyətindədir.
Hesablamalara görə, Avropa İttifaqının 5 min vətəndaşı İŞİD yaraqlıları tərəfindən nəzarət olunan ərazilərə yollanıb. Onların arasında Böyük Britaniya, Fransa, Belçika və Niderland vətəndaşları üstünlük təşkil edirlər.
Avropolun direktoru Rob Ueynrayt televiziyaya müsahibəsində iyulun 1-də fəaliyyətə başlayacaq yeni komandanın məqsədinin "online-də İŞİD-in aparıcı akkauntlarını müəyyən etmək" olduğunu bildirib. Qeyd edib ki, bölmə belə akkauntları peyda olduqdan 2 saatadək müddət ərzində bağlamağa çalışacaq. Lakin İŞİD-lə əlaqəli bütün akkauntlara nəzarət etmək həddən artıq çətindir.
Vaşinqtonda yerləşən Bruklin institutunun analitikləri bu cür akkauntların sayının 90 minə çata biləcəyini güman edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB