Parlamentə hücum zamanı 6 nəfər Öldürülüb

Parlamentə hücum zamanı 6 nəfər Öldürülüb

Taliban təşkilatı, Əfqanıstanın paytaxtı Kabildə parlament binasına hücum edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Əfqanıstanda Taliban təşkilatının parlamentə bomba yüklü avtomobillə təşkil etdiyi hücumdan sonra baş verən qarşıdurmada ən az 6 təşkilat üzvü öldürülüb. İlkin məlumatlara görə, hücum zamanı 25 nəfər yaralanıb. Kabil Təhlükəsizlik İdarəsinin rəisi Abdul Rahman Rəhimi, təşkilat üzvlərindən birinin bomba yüklü avtomobillə parlamentin qarşısına gələrək bombanı işə saldığını ifadə edib. Digər 6 təcavüzkarın isə Əfqan polisi tərəfindən öldürüldüyünü təstiqləyib. Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Kömək Missiyası (UNAMA) isə paytaxt Kabildə Talibanın parlamentə təşkil etdiyi hücumda iki vətəndaşın öldüyünü, 40 vətəndaşın isə yaralandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə