Rumıniyanın Baş naziri vəzifəsindən kənarlaşacaq

Rumıniyanın Baş naziri vəzifəsindən kənarlaşacaq

Rumıniyanın Baş naziri Viktor Ponta səhhəti ilə əlaqədar müvəqqəti olaraq vəzifəsindən kənarlaşmaq barədə qərar qəbul edib. TASS xəbər verir ki, bu barədə Rumıniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Viktor Ponta onun müavini, daxili işlər naziri Qabriel Opreanın 45 günə qədər müddətə Baş nazirin vəzifəsini icra edən təyin olunması xahişi ilə Rumıniya Prezidenti Klaus Yohannisə müraciət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə