20 İyun Dünya Qaçqınlar Günü münasibətilə Türkiyəyə səfər edən məşhur Hollivud aktrisası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi elçisi Ancelina Coli ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Mardin vilayətinin Midyad rayonuna gedib. SİA xəbər verir ki, səfərin əsas məqsədi Suriya və İraqdan olan qaçqın düşərgəsinə baş çəkmək olub.
Görüş çərçivəsində A.Coli bir sıra mesajlar da verib. Belə ki, Coli BMT Təhlükəsizlik Şurasına müraciət edərək dövlət rəsmilərini və səfirlərini Suriyaya göndərməyə çağırıb. O qeyd edib ki, Suriyaya gedin və böhranı öz gözlərinizlə görün. Son olaraq isə aktrisa Türkiyə, İraq, Livan və İordaniya xalqına göstərdikləri mərdliyə görə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB