Ermənistanın xarici borcu ÜDM-in 40 faizindən çoxdur

Ermənistanın xarici borcu ÜDM-in 40 faizindən çoxdur

Bu ilin sonunadək Ermənistanın xarici dövlət borcu 4,8-4,9 milyard dollara çatacaq. Bunu ölkənin maliyyə nazirinin müavini Atom Cancuqazyan bəyan edib. Nazir müavini bildirib ki, Ermənistanın xarici dövlət borcu 2013-cü ildə 4,2 milyard dollar, ötən il isə 4,4 milyard dollar olub. Ötən il xarici dövlət borcu ölkə üzrə ümumi daxili məhsulun 40,4 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə