Rusiyada itən "An-2" təyyarəsi barədə yeni məlumat var. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Krasnoyarsk ərazisində itdiyi vurğulanan "An-2" təyyarəsinin sərnişinləri və ekipaj üzvləri sağ-salamatdır.
"Hazırda özəl aviaşirkətlərdən birinə məxsus " An-2 " təyyarəsindəki insanların təxliyyəsi aparılır. Hadisənin təfərrüatları daha sonra məlum olacaq" - deyə, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqlamasında bildirilir.
Xatırladaq ki, təyyarə ötən gün Moskva vaxtı ilə 16:00-dan etibarən yoxa çıxmışdı. Dərhal təyyarənin tapılması üçün operativ qərargah yaradılmış və axtarış əməliyyatına 90 nəfərdən çox xilasedici cəlb olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB