Obamadan Ramazan mesajı

ABŞ prezidenti Barak Obama, ölkə ərazisindəki Müsəlman amerikalıları ənənəvi iftar yeməyi üçün Ağ Evə dəvət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Barak Obama ramazan ayının başlaması münasibətilə yayımladığı mesajında bunları deyib: "Yeni ay bizə müqəddəs ramazan ayını gətirərkən, Mişel və mən ABŞ və dünyadakı oruc ibadətini yerinə yetirən Müsəlmanlara ən gözəl diləklərimizi çatdırırıq. Ramazanın ailələri və birlikləri iftar və ibadət etmək üçün bir araya gətirdiyini ifadə edən Obama, bu yığıncaqların eyni zamanda müsəlman cəmiyyətlərinin və mədəniyyətlərinin zəngin və fərqli ənənələrini göstərdiyini vurğulayıb. Müsəlmanların belə bir gündə oruc tutaraq və gecələri də ibadətləri yerinə yetirərək Ramazana zövq qatdığını ifadə edən Obama mesajında belə qeyd edib: "Ramazan, inancı gücləndirmə, mərhəmət, bağışlama və çətinliklərə qarşı səbr zamanıdır. Bu bağışlanma ayında, dünya üzərindəki Müsəlmanlar müharibədən, aclıqdan, yoxsulluqdan və xəstəliklərdən əziyyət çəkənlərə kömək əlini uzadır".

Bütün xəbərlər Facebook səhifəmizdə