Türkiyədə 3 günlük matəm elan edildi

Türkiyədə 3 günlük matəm elan edildi

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin ölümü ilə əlaqədar olaraq 3 günlük matəm elan edilib. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu açıqlamasında deyib.

Sabiq prezidentin evindəki yas məclisində iştirak edən davudoğlu söyləyib ki, rəsmi mərasimi cümə günü paytaxt Ankarada keçiriləcək: ''Dəmirəl ölkənin başı üzərində qara buludlar dolaşarkən verdiyi mübarizə ilə xalqın yanında olub. Adını siyasi tariximizə dərin yazdırıb. Bu gündən etibarən matəm elan ediləcək. Allah rəhmət eləsin. Cənazə namazı Ankarada qılınacaq. Ailə necə qərar verərsə ona uyğun hərəkət edəcəyik".

Qeyd edək ki, görkəmli siyasətçi olan Süleyman Dəmirəl bu gecə ürək çatışmamazlığından dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə