Tbilisi: ölənlərin sayı 19-a çatıb

Tbilisi: ölənlərin sayı 19-a çatıb

Gürcüstanda yağan leysan yağışları nəticəsində paytaxt Tbilisidə baş vermiş qəzada ölənlərin sayı 19-a çatıb. Gürcüstanın Təhlükəsizlik və Fövqəladə Halların İdarə Olunması üzrə Dövlət Şurasının yaydığı məlumata görə, həlak olanların 17-nin kimliyi məlum olub, digər 2 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi işləri davam edir. Hazırda 6 nəfər ölkə vətəndaşı itkin düşmüş hesab olunur.

Şəhərin dağıntılara məruz qalmış hissələrində təmir-bərpa işləri davam etdirilir. Hesablamalara görə, şəhər infrastrukturuna 20 milyon dollardan çox ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə