Mursiyə edam cəzası verilib

"Cəsusluq" iddiası ilə ömürlük həbsə məhkum edilən Misirin seçilmiş ilk prezidenti Məhəmməd Mursiyə qarşı məhkəmə tərəfindən yenidən qərar qəbul edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Mursiyə "həbsxanalara basqın həyata keçirmə" iddiası ilə edam cəzası verilib. Misir məhkəməsinin edamla bağlı sənədləri ilk öncə dini komitəyə göndərilib və bununla bağlı fikir mübadiləsi aparılıb. Daha sonra isə İhvan Rəhbərlik Şurasının sədrinə və Məhəmməd Mursiyə edam cəzası kəsilib. Bundan başqa, HAP baş katibi Məhəmməd əl-Biltaci, İhvan Rəhbərlik Şurasının sədr müavini Hayrat Şatırla Prezidentin katibi Əhməd Abdulatiyə də edam cəzası verilib.

Qeyd edək ki, Misirdə daha əvvəl edam olunması üçün dini komitəyə göndərilən Mursinin sənədləri ilə birlikdə 121 nəfərin qərarı gözlənilirdi. Artıq məhkəmənin bu qərarının ölkədə rezonans doğuracağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə