"Bakı 2015 Birinci Avropa oyunlarına" Dneproavia kompaniyası da qoşuldu

"Bakı 2015 Birinci  Avropa oyunlarına"  Dneproavia kompaniyası da qoşuldu

Dneproavia kompaniyası Ukraynadan "Bakı 2015 Birinci Avropa oyunlarına" gedən sərnişinlərə güzəştli bilet təklif edir.

Dneproavia kompaniyası Birinci Avropa oyunlarını nəzərə alaraq iyun ayının 6-dan etibarən möhtəşəm idman yarışmasında iştirak edəcək idmançıların və azarkeşlərin rahat gediş gəlişini təmin etmək üçün Dnepropetrovsk Baki tyəyyarə reysində xüsusi xidmət növündən istifadə edəcək. Dneproavia kompaniyasının Azərbaycan üzrə nümayəndəsi Əziz Əliyevin verdiyi məlumata görə, birinci Avropa oyunlarında iştirak etmək üçün Ukraynadan Bakı şəhərinə təşrif buyuracaq hər bir idmançıya və azarkeşə yüksək xidmət göstərmək, onlara Bakının qədim abidələri və müasir istirahət mərkəzləri ilə tanış olmaları üçün informasiya bukletləri paylanılacaq. Kompaniya həmçinin Avropa oyunlarnda iştiraklarını müvafiq sənədlə təsdiq edən sərnişinləri güzəştli biletləri ilə sevindirəcək.

- Biz çalışacağıq ki, doğma Bakımıza gələn hər bir qonağa ölkəmiz haqqında dolğun məlumat verilsin. Birinci Avropa oyunlarının Bakıda keçirilməsini hər bir azərbaycanlının qürur mənbəyi adlandıran Əziz Əliyev qeyd edib ki, Dneproavia kompaniyası bu istiqamətdə üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələcək. Bildiyiniz kimi Şərqi Ukraynada 2 mindən çox Azərbaycanlı tələbə təhsil alır. Bölgədə həmçinin on minlərlə soydaşlarımız yaşayır. Onlar Ukraynanın Dnepropetrovsk, Xarkov, Zaporojye, Poltava, Sumı və digər şəhərlərindən vətənə gəlib getmək üçün mütləq hər dəfə əlavə 500-600 km məsafə qət etməklə Kiyevin Borispol hava limanından istifadə edirdilərki, buda onlara həm vaxt itkisi, həmdə maddi baxımdan baha başa gəlirdi. Biz həmçinin soydaşlarımızada bu istiqamətdə yüksək xidmət göstərməklə, onların vətənə gəlib getməsinin asanlaşdırılmasınada öz töhfəmizi verəcəyik- deyə Əziz Əliyev bildirib.

Qeyd edəkki, Dnepropetrovsk-Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını iyunun 6-dan başlayaraq hər həftənin bazar günü yerli vaxtla saat 14-00-da Dnepropetrovsk şəhərindən, 19-30-da isə Bakıdan həyata keçirəcək. Şirkət sərnişinlərin tələbinə uyğun olaraq iyul ayından etibarən reysin sayını həftədə 2 dəfəyədək artırmağı da nəzərdə tutub. Yeni təyyarə reysinə bilet almaq istəyən sərnişinlər Dniproavia.com saytına və istənilən aviabilet satışı agentliklərinə müraciət edə bilərlər

Bütün xəbərlər Facebook səhifəmizdə