Putin "Bakı 2015"ə görə kanalları tənqid etdi

Putin "Bakı 2015"ə görə kanalları tənqid etdi

Rusiya prezidenti Vladimir Putin "Bakı 2015"ə görə Rusiya kanallarını tənqid etdi. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Azərbaycanda keçiriləcək I Avropa Oyunları barədə danışan Rusiya lideri oyunlara kifayət qədər yer verilmədiyini, işıqlandırılmadığını deyib.

"Bu necə ola bilər? Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov mənə yazıb göndərib ki, Rusiyada heç bir kütləvi informasiya vasitəsi Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını yayımlamaq istəmir. Heç bir kanal? Axı bu, necə ola bilər? Bu dünya miqyasında bir yarışdır.
Mən anlayıram, büdcə ilə bağlı məhdudiyyətlər var. Amma vacib məsələlər var. Bu dünya idman tarixinə düşəcək hadisədir - tarixdə ilk Avropa Olimpiya Oyunlarıdır" -deyə, Putin qeyd edib.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyun tarixlərində Bakıda və Mingəçevrdə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə