Yaxın beş ildə Avropa İttifaqında işsizliyin ən aşağı səviyyəsinə nail olacağıq
İsveç iddialıdır

İsveç hökuməti yaxın beş ildə Avropa İttifaqında işsizliyin ən aşağı səviyyəsinə nail olmağa iddia edən plan hazırlayıb. Yeni məqsəd İsveçdə hakim Sosial-Demokrat Partiyasının növbədənkənar qurultayının yekunlarına əsasən müəyyən edilib. Üç gün davam edən qurultayda digər məsələlərlə yanaşı, yeni iş yerlərinin yaradılması, əmək bazarı problemləri və cəmiyyətin müəyyən qruplarını əhatə edən uzunmüddətli işsizlik məsələləri müzakirə olunub.

Qarşıya qoyulan məqsədlərə çatmaq üçün sosial-demokratlar əmək qanunvericiliyində bir sıra dəyişiklik etmək istəyirlər. Məsələn, müvəqqəti əmək müqaviləsi əsasında insanların işə götürülməsi qaydalarını dəyişmək təklifi irəli sürülür.

Qurultayda müzakirə edilmiş digər mühüm məsələ isə işləyən valideynlərin sığortalanmasıdır. İsveç sosial-demokratlarının məqsədi hər iki valideynin uşağa baxmaq üçün bərabərhüquqlu məzuniyyət götürməsidir. Hakimiyyət ümid edir ki, bu, əmək bazarını dəyişəcək, istər kişilərə, istərsə də qadınlara bərabər karyera imkanları yaradacaq.

Lakin qeyd etmək lazımdır ki, bu plan uzunmüddətli perspektiv üçün nəzərdə tutulur. Sosial-demokratlar valideynlər üçün belə şəraitin həyata keçiriləcəyi vaxtı təxmin etməkdə çətinlik çəkirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə