Əfqanıstan və Pakistanda 2001-2014-cü illər arasında baş verən silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 149 min, yaralananların sayı isə 162 min nəfəri təşkil edib. SİA xəbər verir ki, bu rəqəmlər ABŞ-ın Braun universitetinin nəzdində fəaliyyət göstərən "Costs of War" (Müharibənin nəticəsi) araşdırmalar mərkəzinin ekspertləri tərəfindən hazırlanmış məruzədə qeyd olunub.
Təkcə ABŞ başda olmaqla, beynəlxalq koalisiya güclərinin Əfqanıstandakı mövcud olduğu zaman əhatəsində, yəni fəal hərbi əməliyyatlar fazasının başa çatmasına qədər təxminən 100 min insanın həlak olduğu qeyd edilməkdədir. "Ölənlər arasında mülki vətəndaşlar, "Taliban" hərəkatının üzvləri və s. silahlı qrup təmsilçiləri, o cümlədən, amerikalı həbçilər, ABŞ-la müttəfiq olan ölkələrin hərbi qulluqçuları, səhiyyə işçiləri, jurnalistlər var" -deyə, bildirilir.
Məruzənin müəlliflərindən biri olan Neta Krouford isə deyib ki, Əfqanıstandakı vəziyyət nəninki normallaşmayıb, əksinə daha pis vəziyyətə qədər inkişaf edib.
Qeyd edək ki, BMT də cari il ərizndə Əfqanıstanda baş verən insan ölümləri ilə bağlı rəqəmlər açıqlayıb. Belə ki, cari ildə Əfqanıstanda 974 nəfər həlak olub, 1963 nəfəri isə yaralanıb. Analitiklər isə bildirirlər ki, Əfqanıstanda bu ilin ilk dörd ayı ərzində mülki vətəndaşların həlak olma halları 16 %-ə qədər yüksəlib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB