Avstraliya "İslam Dövləti" ("İD") ekstremist qruplaşmasının tez bir zamanda öz hərbi arsenalına nüvə silahını da əlavə edəcəyi iddiasının mümkünsüz olduğunu hesab edir. SİA "itar-tass"a istinadən xəbər verir ki, sözügedən fikirləri ölkənin müdafiə naziri Dennis Rimardson federal parlamentin bygünkü dinləmələrində çıxış edərkən deyib. ""İD"ə və nüvə silahına gəlincə, biz bu riskin mövcudluğunu görmürük. Düşünürəm ki, bu barədə ehtiyatlananlar məsələni bir balaca şişirdirlər" -deyə, müfadiə naziri bildirib.
Lakin Riçardson İraqda "İD"ilə mübarizənin aylarla deyil, hətta illərlə davam edəcəyini də istisna etməyib. Hərbi nazir deyib ki, rəsmi Bağdad da bu barədə düşünməlidir: "İraq hökuməti qərarlar qəbul edərkən, həmin qəraraların ölkənin bir hissəsinə deyil, bütün ölkəyə aid olduğunu bilməlidirlər".
Qeyd edək ki, Avstraliya da "İD"-lə mübarizə çərçivəsində hərbi koalisiyanın tərkibinə daxildir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB