Vitse-prezidentin oğlu vəfat edib

Vitse-prezidentin oğlu vəfat edib

ABŞ-ın vitse-prezidenti Cozef Baydenin oğlu Bo Bayden 46 yaşında vəfat edib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Bo Baydenin ölümünə səbəb beyin xərçəngidir. Məlumatı isə Ağ Evin mətbuat xidməti vitse-prezident Cozef Baydenin adından yayıb. Cozef Bayden bildirib: "Mən oğlumuzun öldüyünü elan edirəm. O, beyin xərçəngi ilə həyatının hər günündə olduğu kimi mərdliklə mübarizə aparırdı".

Qeyd edək ki, Bo Bayden 2010-cu ildə insult keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə