Dünyanın ən güclü 100 qadınının adı açıqlanıb SİYAHI

Dünyanın ən güclü 100 qadınının adı açıqlanıb SİYAHI

Almaniya Baş naziri Angela Merkel Forbes jurnalının elan etdiyi "dünyanın ən güclü 100 qadını" siyahısında 5-ci dəfə "dünyanın ən güclü qadını" seçilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Forbes jurnalı 2015-ci ilin "Dünyanın Ən Güclü 100 Qadınının siyahısı"nı açıqlayıb. Siyahıda 10 dəfə ilk onluqda yer alan Angela Merkel, üst-üstə beşinci dəfə birinci elan edilib. Siyahıda 24 şirkət idarəçisi, 15 milyarder və 8 dövlət və ya hökumət başçısı yer alıb. Amerika Birləşmiş Ştatlarında 2016-cı il prezident seçkiləri üçün mübarizə aparan Demokrat Partiyanın namizədi, xarici işlər naziri Hillary Klinton, keçən il siyahıda altıncı sırada yer almışdı, bu il isə o, siyahıda ikinci yerə çıxıb. Jurnal, Hillari Klintonun 2016-cı ildə Merkelin jurnaldakı yerini dəyişdirərək birinci ola biləcəyini qeyd edib.

Qeyd edək ki, Forbes jurnalının 2004-cü ildən bəri hazırladığı siyahıda iştirak edən qadınlar mediada tanınması, siyasi və iqtisadi istiqamətləndirmə kimi meyarların nəzərə alınması ilə təyin olunur. Dünyanın ən güclü 100 qadını siyahısında ilk 10-luq belədir:

1- Almaniya Baş naziri Angela Merkel

2- Keçmiş ABŞ Xarici işlər naziri Hillari Klinton

3- Bill və Melinda Geyts Fondunun vitse-prezidenti Melinda Geyts

4- FED rəhbəri Janet Yellen

5- General Motors idarə heyətinin rəhbəri Mari Barra

6- Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard

7- Braziliya Dövlət Başçısı Dilma Ruzef

8- "Facebook" idarə heyətinin nümayəndəsi Şeril Sandberq

9- "Youtube" idarə heyətinin nümayəndəsi Suzan Voykiki

10- ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama.

Bütün xəbərlər Facebook səhifəmizdə