Texas və Oklahoma ştatları su altında qaldı

Texas və Oklahoma ştatları su altında qaldı

Çaylar məcrasından çıxıb, mindən artıq ev və onlarla avtomobil yolu su altında qalıb. ABŞ-ın Texas və Oklahoma ştatlarında baş verən güclü daşqınlar nəticəsində ən azı üç nəfər həlak olub, iki minə qədər insan isə evini tərk etmək məcburiyyətində qalıb.

ABŞ-ın Mərkəzi Qərbində qasırğa və leysan yağışları səbəbindən çaylar məcrasından çıxıb, mindən artıq ev və onlarla avtomobil yolu su altında qalıb. Bəzi şəhərlərdə isə evlər damına qədər suya qərq olub. Təbii fəlakətdən əziyyət çəkən rayonlardan əhalinin təxliyyəsi üçün helikopterlərdən istifadə edilir.

Texasın iki şəhərinin rəhbərliyi komendant saatının tətbiqinə başlayıb. Meteoroloqlar bu cür daşqınların regionda 25 ildir müşahidə olunmadığını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə