Malaziyada 139 kütləvi məzarlıq aşkar edildi

Malaziya polisi bu ölkədə insan alverçilərinin dəhşətli cinayətinin üstünü açıb
Malaziyada 139 kütləvi məzarlıq aşkar edildi

Polisin ölkənin şimal hissəsində həyata keçirdiyi geniçmiqyaslı əməliyyatlar nəticəsində 28 qanunsuz qaçqın düşərgəsi aşkar edilib.

Araşdırmalar zamanı isə polis daha dəhşətli faktla üzləşib. Belə ki, düşərgələrə yaxın olan zonalardan nə az, nə çox 139 kütləvi məzarlıq aşkar edilib.

Hələlik bu məzarlıqlara dəfn olunanların sayını dəqiqləşdirmək mümkün olmayıb. Ancaq ötən gün Malaziya polisi açıqlama verərək bildirimişdi ki, Miyanmardan olan Ruhinqa müsəlmanarının 100 cəsədi adıçəkilən məzarlıqların birindən aşkar edilib.

Beynəlxalq təşkilatlar Malaziya hökuməti və polisini baş verən faktlarla bağlı laqeydlikdə günahladırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə