Prezident seçildi

Polşada prezident seçkilərinin 2-ci turu keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, seçicilərin 53 faizini əldə edən Hüquq və Ədalət Partiyasının namizədi Andrzej Duda seçkinin qalib olub. Sandıqdan çıxan anketlərə görə, Andrzej Duda 53 faiz səslə sabiq prezident Bronislav Komorovskini geridə qoyub. Seçicilərin 47 faiz səsini əldə edən Komorovski, nəticələrin açıqlanmasının ardından TVN kanalına uduzduğunu qəbul etdiyini ifadə edib.

Qeyd edək ki, Polşada keçirilən prezident seçkilərinin ilk turunda, Andrzej Duda 34,8 faiz səs əldə etmişdi. Bununla da 32,2 faiz səs qazanan sabiq prezident Komorovskini səsçoxluğu ilə keçmişdi. Ancaq namizədlərin heç biri 50 faizlik həddi keçə bilmədiyi üçün seçkilər 2-ci tura qalmışdı.

Seçkinin rəsmi nəticəsinin bu gün açıqlanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə