Türkiyənin Ağrı vilayətində keçirilmiş antiterror əməliyyatında saxlanılan 19 nəfərdən 14-ü həbs edilib. Türkiyə mediasının məlumatına görə, zərərsizləşdirilən dəstə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) törəməsi olan YDG-H qruplaşmasına aiddir. Dəstə üzvlərindən xeyli miqdarda silah və sursatın ələ keçirildiyi bildirilir.
Ölkənin Şırnak bölgəsində isə İraq ərazisindən gələn 8 PKK-çı hökumət qüvvələrinə təslim olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB