Amerika Birləşmiş Ştatlarında (ABŞ) Greyin ölümündə günahlandırılan 6 polis bir çox fərqli cinayətə görə mühakimə olunublar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Baltimor şəhərində baş prokuror Mosbi, Freddie Greyin ölümüylə əlaqədar nəzarətə götürülən 6 polisin hakimlər tərəfindən günahlandırıldığını bildirib. Polislərin nəzarətə götürülməsindən 3 həftə sonra təşkil edilən mətbuat konfransında hakimlər 6 polis məmuru haqqında istintaq qərarını açıqlayıb.
Qeyd edək ki, Qrey Aprelin 12-də əlləri qandallı və zəncirlənmiş şəkildə polis maşınıyla nəzarət altına alınıb. İstintaqı aparan Mosbi, Qreyin boynundan yaralandığı və dəfələrlə tibbi yardım istəməsinə baxmayaraq, onun bu istəyi rədd edildiyi üçün həyatını itirdiyini qeyd edib. İstintaq davam etdiyi bir vaxtda, əlavə məlumatlar əldə etdiyini bildirən baş prokuror Mosbi, dəlil və sübutların nəzarətə alındığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB