Yunanıstan qonşu ölkələrdəki səfirliklərindən pul istədi

Yunanıstan qonşu ölkələrdəki səfirliklərindən pul istədi

Ehtiyaclarını qarşılamaqda çətinlik çəkən Yunanıstan hökuməti səfirlik və konsulluqlarından maddi dəstək istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qonşu ölkələrdəki səfirliklərinə müraciət edən hökumət istifadə olunmayan pulları təcili olaraq Afinaya göndərmələrini istəyib. Avropadan pul axınının kəsilməsinin ardından maliyyə qaynağı tapmaqda çətinlik çəkən Yunanıstan hökuməti, ehtiyaclarını qarşılamaq üçün xarici ölkələrdəki səfirlik və konsulluqlarından istifadə etməyə başlayıb.

Yunan mediasında yayılan xəbərlərə görə, Yunanıstan Xarici İşlər Nazirliyi xarici nümayəndəliklərinə göndərdiyi sənəddə, dəftərxana ləvazimatları və təmizlik vəsaitləri kimi xərclərdən geri qalan pulları, viza kimi əməliyyatlardan edilən ödənişləri təcili olaraq bank vasitəsilə Afinaya göndərmələrini, bu əməliyyatın vaxt aparacağı təqdirdə diplomatik kuryer ilə pulları ölkəyə çatdırmaları təlimatını verib. Afinada çap olunan həftəlik "To Vima" Qəzeti səhifəsinə daşıdığı xəbərində Yunan xarici işlər Nazirliyin xarici ölkələrdəki nümayəndəliklərinə göndərdiyi sənədi çap edib və ölkədə ilk dəfə belə bir hadisənin yaşandığına diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə