Yaponiyanın şimal-şərq bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin milli meteoroloji xidməti məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Fukusima prefekturasının yaxınlığında, ocağı isə 50 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi barədə elan edilməyib, xəsarət alanlar və dağıntılar haqqında məlumat daxil olmayıb.
Qəzalı "Fukusima-1" AES-də də heç bir hadisə qeydə alınmayıb.
Ümumiyyətlə, yeraltı təkanlar Fukusima, Miyaqi və İvate də daxil olmaqla 12 prefekturada hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB