Nyu-Yorkun "Christie's" auksionunda Pablo Pikassonun müəllifi olduğu rəsm əsəri "Əlcəzair qadınları (O versiyası)" satışa çıxarılıb. SİA xəbər verir ki, bu barədə "Christie's" auksion evinin saytında bildirilir. Belə ki, sözügedən rəsm əsəri rekord qiymətə satılıb. "Əlcəzair qadınlarına" 179,4 мilyon ABŞ dolları sayılıb.
Sənətşünasların bildirdiyinə görə, bu sənət əsəri indiyə qədər auksionda satılan ən bahalı rəsmdir. Xatırladaq ki, adıçəkilən rəsm əsəri Pikasso tərəfindən 1955-ci ildə Anri Matissenin xatirəsinə həsr olunaraq çəkilib.
"Əlcəzair qadınları"nın ilk qiyməti 140 milyondan başlayıb və nəticədə 179,4 milyon dollara satılıb. Əsərin yeni sahibinin adı məxfi saxlanılır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB