Ötən günlərdə Amerika Birləşmiş Ştatlarının Baltimor şəhərində qaradərili Freddi Greyn nəzarətdə olarkən öldürülmüşdü. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Greynin öldürülməsindən sonra ortaya çıxan xaosa görə Baltimorda fövqəladə hal elan olunmuşdu. İnsanların küçəyə çıxmaması üçün qadağa qoyulmuşdu. Freddi Greynin yas mərasimindən sonra şəhərdə zorakılıq formalı hadisələrin baş verməsi ilə elan edilən komendant saatı artıq aradan qaldırılıb. Buna səbəb Greyni nəzarətə götürən 6 polis haqqında həbs qətnaməsinin verilməsi və insanların sakitləşməsi olub.
Baltimor bələdiyyəsinin sədri Stefan Bleyk verdiyi açıqlamada komendant saatı qərarının uzun müddət qüvvədə qalmasını istəmədiyini deyib. Şəhərdəki hadisələrdən sonra bölgəyə 3 min milli hərbi keşikçilər qvardiyası yeridilmişdi. Bundan başqa digər ştatlardan da 1000-dən çox polis gətirilmişdi. Maryland Ştatının qubernatoru Lari Hoqan isə, əsgər və polislərin bir neçə gün içərisində şəhərdən çıxarılmasının planlaşdırıldığını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB