Qırğızıstan Prezidenti Almazbek Atambayev yeni hökumətin formalaşdırılması barədə fərmanlar imzalayıb. Bu ölkənin Prezident Aparatı informasiya siyasəti şöbəsindən verilən məlumata görə Baş nazir vəzifəsinə Temir Sariyev təyin edilib. rezidentin fərmanlarına əsasən, Tayırbek Sarpaşev Baş nazirin birinci müavini, Abdıraxman Mamataliev, Valeri Dil və Damira Niyazalieva müavin, Nurxanbek Momunaliev isə hökumət aparatının rəhbəri vəzifələrinə təsdiq olunub.
Dövlət başçısının digər fərmanları ilə Erlan Abdıldaev xarici işlər, Abibulla Kudayberdiev müdafiə, Melis Turqunbaev daxili işlər, Jıldız Mamataliev ədliyyə, Adıqbek Kasımaliev maliyyə, Oleq Pankratov iqtisadiyyat, Taalaybek Aydaraliev kənd təsərrüfatı və meliorasiya, Arqınbek Malabaev nəqliyyat və kommunikasiyalar, Kubatbek Boronov fövqəladə hallar, Kubanıçbek Turdubaev energetika və sənaye, Elvira Sariyeva təhsil və elm, Talantbek Batıraliev səhiyyə, Altınbek Maksutov mədəniyyət, informasiya və turizm, Kudayberqen Bazarbaev sosial inkişaf, Aybek Azırankulov əmək və miqrasiya nazirləri, Busurmankul Tabaldiev isə dövlət milli təhlükəsizlik komitəsinin sədri vəzifələrinə təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB