Şagirdlər müəlliməsinin pornovideosunu görüblər

Şagirdlər müəlliməsinin pornovideosunu görüblər

Çexiyanın Çeska-Lipa şəhərinin məktəbliləri İnternetdə qadın müəllimlərinin pornovideosunu görüblər. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, adı açıqlanmayan müəllim məktəbə işə düzəldikdən sonra pornovideoya çəkilib. Nəticədə onu məktəbdən qovublar. Məktəbin direktoru Petr Yonaş deyib ki, müəllimlə əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalıblar. "Bir insan kimi ona yazığım gəldi, ancaq onu qovmalı idik", - o əlavə edib.

Məktəblilərdən birinin valideyni İnternetdə müəllimin pornovideosunu gördükdən sonra qalmaqal yaranmışdı. O, məktəb rəhbərliyinə hadisə barədə məlumat vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə