Çin hökuməti İkinci Dünya müharibəsi qalıqlarının mühafizəsinə 390 milyon yuan (təxminən 63,8 milyon ABŞ dolları) vəsait sərf edəcək.
Dövlət Mədəni İrs Administrasiyasının sədri Li Siaocie bu barədə məlumat verərək bildirib ki, sözügedən qalıqların tədqiqi və bərpasına ötən ildən başlanılıb.
İkinci Dünya müharibəsinin başa çatmasının 70-ci ildönümünü qeyd etməyə hazırlaşan Çində müharibə qalıqlarının yalnız 42 faizi yaxşı vəziyyətdə mühafizə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB