ABŞ Konqresində Prezident Obamanın "Türkiyə-Ermənistan münasibətlərinin ədalətli, konstruktiv, sabit və daimi irəliləməsi istiqamətində işlər görməyə çağıran" qərar layihəsi təqdim olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nümayəndələr Palatasının Respublikaçı Partiyasından Texas üzrə nümayəndəsi Pete Sessionsun rəhbərliyi ilə "H.RES.226" nömrəli layihə, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərilib. Obama rəhbərliyinin 2009-cu ildən bu yana Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin inkişafı axtarışında olduğunu göstərən layihədə, iki ölkə arasındakı dialoqun qısa zamanda bəhrəsini verəcəyi ifadə olunur. Lakin yaxın zamanda diplomatik münasibətlərin təkrar qurulması cəhdlərinin uğursuz olduğu da qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB