Əfqanıstan hökuməti "Taliban" hərəkatının qonşu Pakistan ərazisindən bu ölkəyə keçmələri barədə məlumat yayıb. SİA xəbər verir ki, bu barədə
"Associated Press" yazır. Qeyd olunur ki, məqsəd Əfqanıstanın şimal bölglərində qarışıqlıq yaratmaqdan ibarətdir.
Artıq bu gün məlum olub ki, Əfqanıstanın silahlı qüvvələri ölkənin şimalında yerləşən Gündüz şəhərinin ətrafında hərəkat üzvləri ilə atışıblar. Hökumət qeyd edir ki, "Taliban"a Pakistanla yanaşı, digər qonşu dövlətlərdən də yardımlar edilir.
Rəsmi məlumatlarda isə bildirilir ki, hazırda "Taliban"ın 200-dək silahlısı məhv edilib. Hökumət tərəfindən isə 12 əsgər öldürülüb.
Xatırladaq ki, hərəkat liderləri aprel ayının 24-dən başlayaraq, Əfqanıstana hücum edəcəklərini bəyan etmişdilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB