Xirosimadan 20 dəfə GÜCLÜ

Nepalda baş verən zəlzələdə ölənlərin sayının 3726 nəfərə çatdığı, yaralıların isə 6500 nəfəri keçdiyi bildirilir. Lakin bu arada təbii fəlakətlə bağlı daha bir acı statistika məlum olub. SİA xəbər verir ki, bu barədə "akşam.com.tr" yazır. Qeyd olunduğuna görə, zəlzələ təkanlarının dağıdıcı təsiri və fəsadları 1945-ci ildə Yaponiyanın Xirosima şəhərinə atılan atom bombasından 20 dəfə daha güclü olub. Ekspertlər ölü sayının daha çox olacağından ehtiyat edirlər.

Bildirilir ki, minlərlə insan təbii fəlakətin növbəti gününü də küçələrdə keçirməli olublar. Şəhərin müxtəlif yerlərində çadır şəhərcikləri quraşdırılıb. Eyni zamanda xilsedicilər axtarışları davam etdirirlər.

Rövşən Nurəəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə