Zəlzələdə ölənlərin sayı 4 minə yaxınlaşır

Zəlzələdə ölənlərin sayı 4 minə yaxınlaşır

Nepalda aprelin 25-də baş verən zəlzələ nəticəsində ölənlərin sayı sürətlə artır. Ölənlərin sayı 3500-ü keçib. Hakimiyyət qurbanların sayının artacağından ehtiyat edir. Hazırda xilasedicilər ölkənin qərbində - Katmandu vadisində, həmçinin zəlzələnin episentrindən 100 kilometr uzadlıqda axtarış işlərini davam etdirir.

Axtarış-xilasetmə əməliyyatına Hindistan, Çin, Pakistan və Polşadan olan mütəxəssislər qoşulub.

Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə