İŞİD-in “müdafiə naziri” öldürülüb

İŞİD-in “müdafiə naziri” öldürülüb

İraqda İŞİD-in rəhbərlərindən biri, qruplaşmanın "müdafiə naziri" sayılan Şait əs-Samirəi təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı öldürülüb. İnformasiya agentlikləri xəbər verir ki, əldə olan məlumatlara görə, əməliyyatın gedişində Şait əs-Samirəi ilə birgə daha 8 yaraqlı da məhv edilib.

İŞİD-in "müdafiə naziri"nin öldürülməsi son zamanlar qruplaşma sıralarında növbəti ciddi itki sayılır. Belə ki, keçən həftənin sonlarında KİV-lər İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadinin də aldığı yaralardan həyatını itirdiyi barədə xəbər yaymışdılar.

Xatırladaq ki, 2014-cü ilin ortalarından etibarən İraqın şimal-şərq regionlarında irimiqyaslı hücumlara başlayan qruplaşma hazırda Ənbar əyalətinin 80 faizinə və ölkə ərazisinin üçdə bir hissəsinə nəzarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə