Şimali Kipr Türk Respublikasının Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin qalibini elan edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkilərinin qalibi Mustafa Akıncı qazanıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Şafak Önərinin açıqlamasına görə, seçkidə səsvermə hüququ olan vətəndaşların 64, 15 faizi iştirak edib. Belə ki, 110 min 60 səsin 108 min 32-i etibarlı sayılıb. Müstəqil namizədlərdən olan Mustafa Akıncı səslərin 65 min 412-ni, ikinci tura qalmış digər namizəd Dərviş Əroğlu isə 42 min 520 səs toplayıb. Ümumilikdə Akıncı 60, 38 faiz, Əroğlu isə 39, 62 faiz səs əldə edib. Beləliklə Mustafa Akıncı ikinci turun da qalibi olmaqla Şimali Kipr Türk Respublikasının Prezidenti elan edilib.
Qeyd edək ki, Akıncının səlahiyyət müddəti 5 il olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB