Kremlin mətbuat katibi Peskov, Dövlət Başçısı Vladimir Putinin Ermənistan səfərinin Türkiyə-Rusiya əlaqələrinə mənfi təsir etməyəcəyini deyib. SİA-nın məlumatına görə, Peskov Rusiya mətbuatına açıqlamasında Putinin digər ölkə liderləriylə birlikdə İrəvanda olmasının təbii olduğunu müdafiə edərək, bunları deyib: "Putinin anma mərasiminə qatılmasının (Türkiyə-Rusiya əlaqələrinə) mənfi təsir edəcəyini düşünmürük. Putinin açıqlamasını yaxşı oxumaq lazımdır. Türkiyənin bizim strateji tərəfdaşımız olduğunu unutmamaq da çox əhəmiyyətlidir. Türkiyə ilə geniş əhatəli əlaqələrimizin mövcudluğunu və bu əlaqələrin inkişaf perspektivinin olduğunu düşünürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB