14 mühacir qatarın altında qaldı

Makedoniyada 14 mühacir qatarın altında qalıb
14 mühacir qatarın altında qaldı

Makedoniyanın mərkəzi hissəsində Əfqanıstan və Somalidən olan 14 qeyri-leqal mühacir sərnişin qatarının altında qalıb. 50 nəfərdən ibarət qaçqın qrupu Veles şəhəri yaxınlığında dar dərədə dəmir yol xəttinin üstü ilə hərəkət edirmiş. Müstəntiqin sözlərinə görə, maşinist dəmir yolunun üzərindəki insanları görərək siqnal verib və qatarı dayandırmaq üçün lazımi tədbirləri görüb.

Mühacirlərin əksəriyyəti dəmir yolundan aralanmağa macal tapsa da, faciədən qaçmaq mümkün olmayıb.

Həmin yerdə buna bənzər faciəvi insidentlər əvvəllər də baş verib. Bu yol Qərbi Avropaya keçməyə cəhd edən qeyri-leqal mühacirlərə yaxşı tanışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə