"Biz Yunanıstanı Avrozonada qalmağa səsləyirik". Bu açıqlama ilə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Süzan Rays çıxış edib: "Biz Afinanı Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlığa çağırırıq".
Qeyd edək ki, Yunanıstan Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə 240 milyard avro borcun həll edilməsi üçün danışıqlar aparır. ABŞ bu danışıqlarda və Afinaya kreditlərin ayrılmasında birbaşa iştirak etmir. Lakin Vaşinqton hazırda Beynəlxalq Valyuta Fondunun əsas donorudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB