Alman kanalından ağlasığmaz iddia

Alman kanalından ağlasığmaz iddia

"Hitler gördü ki, Türkiyə cəzalandırılmır, o da yəhudilərə qarşı soyqırımı törətdi". Bu sözlər Almaniyanın "Phoenix" kanalında 1915-ci il hadisələrinə dair yayımlanan "Ageth" adlı sənədli filmdə deyilib. Belə ki, filmdə göstərilir ki, Türkiyənin ermənilərə qarşı törətdiyi "soyqırımı"na görə cəzalandırılmadığını görən Hitler, məhz yəhudilərə qarşı analoji addımı atıb.

1997-ci ildə Alman Dövlət Televiziyasının birinci və ikinci kanalları ARD və ZDF tərəfindən birləşdirilərək qurulan "Phoenix" kanalında 1.5 saat yayımlanan bu sənədli filmdə türklər dünyada ilk "soyqırımçı" xalq olmaqda ittiham edilib.

Sənədli filmdə davamlı olaraq Türkiyəni günahlandıran kanal, Alman hökumətini də "soyqırımı"na səssiz qalmaqda qınayıb.

Filmdə həmçinin Osmanlı dövründə Türkiyədə çalışan bəzi xarici diplomatların "soyqırımı" haqqında fikirlərinə də yer verilib. Maraqlısı odur ki, filmdə erməni diasporasının ən fəal nümayəndələrindən olan Fransanın sabiq sənaye naziri Patrick Deveciyanın da fikirlərinə yer verilib. Deveciyan çıxışında Türkiyə əleyhinə ağılasığmaz saxta iddialar ortaya atıb.

Qeyd edək ki, Almaniyanın ən böyük qəzetlərindən biri olan "Welt am Sonntag" da bugünki sayında "Sonunda gerçəkləri bilmək istəyirik" başlığı altında dərc etdirdiyi yazıda Türkiyə və Almaniyanı "soyqırımı" törətməkdə günahlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə