6.8 bal gücündə zəlzələ olub

6.8 bal gücündə zəlzələ olub

Yaponiya sahillərində rixter şkalası üzrə 6.8 bal gücündə zəlzələ olub. SİA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, zəlzələnin ardından ölkənin cənubundakı Okinava adasında sunami həyəcanı siqanlı verilib. Təbii fəlakət nəticəsində itki olub-olmaması hələlik, bəlli deyil. Qeyd edək ki, zəlzələ Tayvanda da hiss olunub. Ancaq Tayvanda sunami ilə bağlı həyəcan siqnalı verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə