Rəsmi Misir, 20-26 aprel tarixlərində İrəvanda keçiriləcək qondarma erməni soyqırımının anım mərasimlərinə nümayəndə heyəti göndərəcəyini açıqlayıb. SİA-nın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Kıpti Ortodoks Kilsəsi Patriarxı II. Tavadrosun rəhbərlik edəcəyi 55 nəfərlik nümayəndə heyətində 1915-ci ildə sürgün edilən ermənilərin və jurnalistlərin də olacağı qeyd edilib.
Qeyd edək ki, mərasimlərə Fransa prezidenti Fransua Olland Rusiya Dövlət Başçısı Vladimir Putin və Kipr Respublikasının Prezidenti Nicos Anastasiadesin də qatılması gözlənilir. Nəzərinizə çatdıraq ki, Misirlə bərabər Suriya, Livan, İraq, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindən də nümayəndə heyətlərinin İrəvana gedəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB