Cümə namazı zamanı işləyən xidmət obyektləri cərimələnəcək
Qətərdən sərt qadağa

Qətər hökuməti cümə namazı zamanı işləyəcəyi təqdirdə ticarət və ictimai iaşə obyektləri, digər xidmət sahələri və hətta tibb müəssisələri üçün cərimə təyin edib. Bu barədə Qətərin gündəlik Peninsula qəzeti məlumat yayıb. TASS informasiya agentliyi xəbər verir ki, yeni qanuna görə bütün mağazalar, super-marketlər, kafe və restoranlar, firmaların ofisləri, həmçinin tibbi klinikalar öz fəaliyyətlərini namaz vaxtı 90 dəqiqə ərzində dayandırmalıdır. Bu qanuna əməl etməyən obyekt və müəssisələr 10 min Qətər rialı (2,7 min dollar) həcmində cərimələnəcək. Qanun layihəsinin təsdiq edilməsi üçün bilavasitə dövlət başçısı əmir şeyx Həməd bin Xəlifə Əl Tani tərəfindən verildiyi bildirilir.

Qeyd edək ki, Qətər 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu turnir, adətən ev sahibi olan

ölkələrə yüz minlərlə azarkeşin gəlməsinə səbəb olur. 2011-ci ildə rəsmi Doha ölkədəki kafe və restoranlarda spirtli içkilərin satışına da qadağa qoymuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə