Ermənistanda şərabçılıq sahəsi ÇÖKDÜ

“Hraparak”: “Bu ilki üzüm alışı ciddi təhlükə altındadır”
Ermənistanda şərabçılıq sahəsi ÇÖKDÜ

Ermənistanda nəşr olunan "Hraparak" qəzetinin yazdığına görə, ölkədə şərabçılıq və konyak istehsalı ilə məşğul olan kompaniyalar üzüm alışını dayandırıblar. SİA-nın məlumatına görə, erməni mətbuatı yazır ki, sahibkarlar üzüm alışının dayandırılmasını onunla izah edirlər ki, onların mövcud maliyyə vəziyyətləri ürəkaçan deyil. Bu baxımdan, sahibkarlar Ermənistan rəhbərliyinin onlara ümid etməsini qeyri dəqiq addım kimi qiymətləndirirlər.

Onlar həmçinin öz fikirlərini belə əsaslandırırlar ki, erməni şirkətləri öz məhsullarını Rusiyaya rublla satırlar. Ermənistanda isə kreditlər dollarla verilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə